Düşmənlə savaşdan diri qayıtdı amma Xəzərə məqlub oldu....FOTO

31-01-2016, 00:37           

Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğlan oğlu Şahmarovun meyitidir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Neftçinin nəşi yaxın saatlarda vətənə gətiriləcək.

Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə tapılmış meyitin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana yol düşüb.

Sahib Şahmarovun iş yoldaşının Femida.az-a verdiyi məlumata görə, 43 yaşlı Sahib Şahmarov yanğın zamanı ona atılan xilasetmə kəndirini iş yoldaşı Rəhmana ötürüb. Rəhman sağ qalsa da Sahib Şahmarov ölümün yaxasından qurtula bilməyib.

Onu da deyək ki, Sahib Şahmarov Qarabağ müharibəsi başlayanda könüllü cəbhəyə yollanıb. Ağdam, Şuşa, Laçın, Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlərin birində güllə yarası alıb; ayağını dəlib keçən qəlpə dizində böyük deşik yaradıb. Buna bamayaraq, qısa müddətli müalicədən sonra yenidən ön cəbhəyə yollanıb. "Döyüşdə göstərdiyi şücaətə görə" müxtəlif mükafatlara layiq görülüb.

Onun 11 yaşlı Məhəmməd adlı oğlu və 10 yaşlı Məsumə adlı qızı var.
teref.az















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.