Böyük Britaniya Qarabağda işğalçılara silah satır - FOTO

1-02-2016, 13:29           
Böyük Britaniya Qarabağda işğalçılara silah satır - FOTO
Böyük Britaniyanın Ermənistana snayper tüfənglərini satmasına dair yeni faktlar ortaya çıxıb.

AzVision.az “AzeriDefence”ə istinadən xəbər verir ki, “Kontakt” sosial şəbəkəsində ermənilərə məxsus hərbi səhifədə Ermənistan Müdafiə Nazirliyinin ordu snayperlərinin Fransa istehsalı “PGM Mini-Hecate” və İngiltərənin adıçəkilən şirkətinin istehsalı olan “Arctic Warfare .338 LM” snayper tüfəngləri ilə təlimlərinin fotosu yayılıb.

Ermənilərin paylaşımından bir daha məlum olur ki, snayper tüfəngləri Qarabağdakı hərbi birləşmələrin istifadəsinə verilib.

Xatırladaq ki, ötən ilin aprel ayında Böyük Britaniyanın Azərbaycandakı səfirliyi İngiltərədə yerləşən “Accuracy International” şirkətinin Ermənistana snayper tüfəngləri satması barədə xəbərini təkzib edərək bu ölkəyə 2 ədəd silahın Fransa şirkəti tərəfindən sərgi məqsədi ilə gətirildiyini bildirmişdi.

Lakin həmin vaxt “Accuracy International” şirkətinin nümayəndəsinin “AzeriDefence”yə Ermənistana silahın Gürcüstanda yerləşən diler firma üzərindən satıldığını söylədiyini qeyd etmişdik.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də məlumat yaymışdır. Rəsmi Bakı Böyük Britaniyanın istehsalı olan snayper tüfənginin işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən istifadə edilməsindən ciddi narahatlığını ifadə etmişdir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.