Gömrükdə siqaret əməliyyatı

1-02-2016, 15:33           
Gömrükdə siqaret əməliyyatı
Qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaretin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Axar.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Şükür Qurbanzadənin “Mersedes-Benz” markalı maşınından 1158 qutu MM markalı siqaret aşkarlanıb. Balakən Gömrük İdarəsinin Mazımçay gömrük postunda nəqliyyat vasitəsinə baxışı keçirilib.

Həmin mallar maşının arxa oturacağının söykənəcək hissəsinin altında xüsusi hazırlanmış yerdən götürülüb. Siqaret qaçaqmalçılığı ilə bağlı digər fakt Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda qeydə alınıb.

Marif Rzayevin “Toyota Lənd Kruzer” markalı maşınından Rusiyanın aksiz markası ilə markalanan 240 qutu “Parlament Aqua Blue” əmtəə nişanlı siqaret aşkar edilib. Hər iki faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.