Hacıqabulda kafedə işləyən aşpaz baltalandı

1-02-2016, 17:12           
Hacıqabulda kafedə işləyən aşpaz baltalandı
Hacıqabul rayonunda cinayət hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nəvahi qəsəbəsindəki kafelərdən birində qeydə alınıb. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şahin Əsgərov xuliqanlıq zəminində orada aşpaz işləyən İsmayıllı şəhər sakini Rövşən Nurməmmədovun baş nahiyəsinə balta ilə xəsarət yetirib. R.Nurməmmədov xəstəxanaya yerləşdirilib. Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əsgərov tutulub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.