Əli Abbasov və Eldar Mahmudov həbs oluna bilər

2-02-2016, 09:31           

Korrupsiyaya qarşı Mübarizə Idarəsi hər iki keçmiş nazirin fəaliyyəti ilə bağlı araşdırmalara başlayıb
rrBaş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yoxlamalara başlayıb. “Azadlıq”a gələn xəbərə görə, bu yoxlamalar keçmiş nazir Əli Abbasovun fəliyyət dövrünü əhatə edəcək. Bildirilir ki, hətta nazirliyin balansında olan avtomobillərə nə qədər yanacaq sərf edildiyi də araşdırılır. “Qaraj bağlanıb. Bircə maşın belə buraxılmır. Avtomobillər kilometrajına qədər diqqətdən keçirilir. Daha sonra avtomobillərə sərf olunan yanacaqla bağlı sənədlərə baxılır”,- deyə məlumatı qəzetimizə verən mənbə bildirib. Məlumatda iddia olunur ki, bu yoxlamanı Əli Abbasovun həbsinə hazırlıq kimi də dəyərləndirmək olar. Həmçinin qeyd olunur ki, keçmiş MTN şefi Eldar Mahmudovla da bağlı oxşar proses gedir. Ehtimal olunur ki, hər iki nazir yaxın vaxtlarda həbs olunacaq.
Qeyd edək ki, Əli Abbasov “MTN işi”nə görə tutduğu vəzifədən azad edilib. Eldar Mahmudov və dəstəsi ifşa olunandan sonra bəlli olub ki, bu şəbəkə Rabitə və Yüksək Texnlogiyalar Nazirliyinə də fəal müdaxilə edirmiş. Hətta Əli Abbasov və MTN rəhbərliyinin müştərək maxinasiyaları barədə də məlumalar var. Lakin bununla belə həm Əli Abbasov, həm də Eldar Mahmudov bu günə qədər həbs olunmayıb. Halbuki Rabitə və Yüksək Texnologiyalar və artıq ləğv olunmuş Milli Təhlükəsizlik nazirliklərində həbslər həyata keçirilib. Hər iki qurumun yüksək vəzifəli şəxsləri həbs olunub. Mümkündür ki, hakimiyyət çevrəni daha da genişləndirmək üçün əlavə faktlara ehtiyac duyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.