Bələdiyyə sədrinin oğlu piyadanı vurub ağır xəsarət yetirdi
3-02-2016, 15:52
Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib. RegionXəbərləri.com-un xəbərinə görə, Mingəçevir şəhərində 9 saylı orta məktəbin qarşısında yolu keçmək istəyən piyada qadını avtomobil vurub. Hadisə nəticəsində ağır xəsarət alan qadın Mingəçevir Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayevin Aqşin adlı oğlu tərəfindən törədildiyi bildirilir.Bələdiyyə sədrinin oğlu Aqşin dərman firmalarından birinə məxsus avtomobilin sürücüsüdür və qəzanı da həmin avtomobillə törədib.