10 GÜN ƏVVƏL QIZI OLAN ANA YOL QƏZASINDA ÖLDÜ - FOTOLAR
3-02-2016, 16:41
Yanvarın 16-da saat 23 radələrində Sumqayıt şəhərində baş verən dəhşətli qəzada vəfat edənlərin sayı 2-yə çatıb. Bu faciəvi qəzanın Sumqayıtda yaratdığı geniş əks-səda hələ də davam edir. Qəzada ağır xəsarət alan Orucova Tutu Ədalət qızı – Vüqarın həyat yoldaşı dünənə qədər koma vəziyyətində idi. Lakin zərərçəkənlərin yaxınlarının xeberle.com-a verdiyi məlumata görə, o, axşam saatlarında dünyasını dəyişib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirək ki, Orucova Tutu Ədalət qızının qəzadan təxminən 10 gün əvvəl Əsmər adlı qızı doğulub.
Yanvarın 16-da Sumqayıtda şəhər sakini Siyasət Bağırovun idarə etdiyi "VAZ-21015” və Bakı şəhər sakini Nizami Qocayevin idarə etdiyi "Chery” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol qəzası baş vermişdi. Belə ki, Sumqayıtın tanınan, bacarıqlı gənclərindən sayılan Vüsal Orucov hadisə yerində dünyasını dəyişmiş və 4 sərnişin - Vüsalın qardaşı Vüqar,Siyasət Bağırov (Vüsalın qardaşının qaynı),Vüqarın həyat yoldaşı Orucova Tutu və Siyasətin nişanlısı xəstəxanaya yerləşdirilmişdi. Qəzaya səbəb"Chery” markalı avtomobilin sürücüsünün qaydanı pozması idi.
teref.az