Mingəçevirin işdən çıxarılan polis rəisinə yeni vəzifə verilib

3-02-2016, 20:27           
Mingəçevirin işdən çıxarılan polis rəisinə yeni vəzifə verilib
Bir müddət əvvəl daxili işlər naziri Ramil Usubov tərəfindən Mingəçevir şəhər Polis şöbəsinin rəisi vəzifəsindən azad edilən polis polkovniki Ələsgər Bədəlova yeni vəzifə verilib. Lent.az-ın məlumatına görə, Ə.Bədəlov Nizami rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi vəzifəsinə təyin edilib. “Azərişıq”-ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev xəbəri Lent.az-a təsdiqləyib.

Qeyd edək ki, Ə.Bədəlovun yeni vəzifəyə təyin edilməsi ilə bağlı xəbəri azadliq.info saytı yayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.