Bir gündə iki məhbus öldü

3-02-2016, 21:26           
Bir gündə iki məhbus öldü
Bir məhbus Qobustanhəbsxanasında intihar edib,digəri isə 10 saylı cəzaçəkməmüəssisəsində dünyasınıdəyişib

Azərbaycanda cəzaçəkməyerlərində bir gündə iki ölümhadisəsi qeydə alınıb. Ölümhalları ayrı–ayrı müəssisələrdəbaş verib.

Qobustandakı qapalı həbsxanada saxlanılanməhkumlardan biri intihar edib. Məlumatda məhbusun adı göstərilməsə də, onunömürlük azadlıqdan məhrum edildiyi, Qobustan həbsxanasına da bir müddət əvvəlgöndərildiyi bildirilir. Məhbusun hansı səbəbdən özünü öldürdüyü hələlik məlumdeyil.

Digər ölüm hadisəsi isə 10 saylı cəzaçəkmə müəssisəsində baş verib. Orada saxlanılanməhbuslardan biri dünyasını dəyişib. Bu ölümün də səbəbi barədə heç bir məlumatyoxdur.

“Azadlıq“a daxil olan məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətinictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yaşar İsakovla əlaqə saxlama cəhd göstərdik.Lakin Yaşar İsakov telefon zənglərini cavablandırmadı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.