Akademik Cəlal Əliyevin Anım mərasimində gülüşə qərq olanlar(Foto)

3-02-2016, 21:36           

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əliyev fevralın 2-də l Fəxri xiyabanda qardaşı akademik Aqil Əliyevin yanında dəfn olunub.
Musavat.com-un xəbərinə görə, dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini İsmət Abbasov, daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, deputatlar, ziyalılar, mərhumun ailə üzvləri iştirak edib.

Qeyd edək ki, Calal Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib. O, 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.
O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
C.Əliyev "İstiqlal" ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

Akademikin 1 övladı var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.