Elman Rüstəmovun səlahiyyəti əlindən alındı - Vacib qərar

4-02-2016, 01:58           

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası digər sahələrlə yanaşı, kredit təşkilatlarını lisenziyalaşdırılması və onların fəaliyyətinə nəzarət funksiyalarına da malik olacaq.

teref.az xəbər verir ki, fins.az-ın məlumatına görə, adı çəkilən fərmanda bildirilir ki, bankların, bank olmayan kredit təşkilatlarının (BOKT) və poçt operatorunun fəaliyyətini lisenziyalaşdırmaq, onların fəaliyyətini tənzimləmək və nəzarət etmək səlahiyyəti Palataya həvalə olunub.

Başqa sözlə, bu adı çəkilən sahənin Azərbaycan Mərkəzi Bankının nəzarətindən çıxması deməkdir. Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bu addımın olduqca düzgün olduğunu bildirib. Onun fikrincə, Mərkəzi Bank yalnız pul siyasəti ilə məşğul olmalıdır: “Bu qurum ölkənin ilk publik hüquqi şəxsidir. Publik hüquqi şəxs bizim üçün yeni və çox lazımlı institutdur. Çünki hazırda dövlətə məxsus olan hüquqi şəxslərin (məktəblərin, xəstəxanaların, kitabxanaların və s.) status problemi var. Onların çoxu yəqin ki, yaxında publik hüquqi şəxslər olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.