Bələdiyyə sədrinin maşınla adam vuran oğlunu "gizlətdilər
4-02-2016, 01:59
Mingəçevir şəhər bələdiyyəsinin sədrinin oğlunun maşınla adam vurması barədə Ölkə.az-a maraqlı məlumat daxil olub.
Əldə etdiyimiz məlumata görə, hadisəni törətdiyi bildirilən Aqşin Abdullayev əslində, bələdiyyə sədrinin oğlu yox, qardaşı oğludur. Sadəcə, sədrin oğlunun adı məsələdə hallanmasın deyə işə Aqşin Abdullayevin adı "qoşulub".
Mənbənin məlumatına görə, Coşqun Abdullayevin oğlunun adı Şövqidir. Xatırladaq ki, Ş.Abdullayev maşınla 1983-cü il təvəllüdlü Quliyeva Sevinc Qələndər qızını vurmuşdu.