Daha bir qazimiz intihar etdi - FOTO

24-02-2021, 11:08           
Daha bir qazimiz intihar etdi - FOTO
Azərbaycanda daha bir Vətən müharibəsi iştirakçısı canına qəsd edib.

Teref.Az Unikal.org- xəbər verir ki, hadisə Yardımlı rayonunda baş verib. Belə ki, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Qəliyev Fərid Tofiq oğlu yaşadığı evin yaxınlığında yerləşən meşəlik ərazidə özünü asaraq intihar edib.

Qeyd edək ki, mərhum Vətən müharibəsinin iştirakçısı olub və yenicə ailə həyatı qurmuşdu.

Yardımlı rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.