Əlilliyi olan şəxslərin vaksinasiya prosesi necə aparılır? - AÇIQLAMA

24-04-2021, 10:16           
Əlilliyi olan şəxslərin vaksinasiya prosesi necə aparılır? - AÇIQLAMA
Sosial şəbəkələrdə əlilliyi olan şəxslərin yeni növ koronavirusa (COVID-19) qarşı vaksinasiya prosesinin evdə və ya yaşadıqları ərazi üzrə poliklinikada yerinə yetirilməsi müzakirə edilib.

Məsələ barədə Bakı Baş Səhiyyə İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə peyvəndləməyə start verilən gündən əlilliyi olan şəxslərin siyahısı ərazi üzrə poliklinikalara təqdim edilib:

“Əksəriyyət artıq peyvənd olunub. Həmin şəxslər və ya yaxın adamı ərazi üzrə poliklinika, yaxud sahə həkimi ilə əlaqə saxlayır. Poliklinikadan da təcili tibbi yardıma məlumat verilir.

Sahə həkimi peyvəndi xüsusi soyuducuya yerləşdirərək təcili tibbi yardım briqadası ilə birlikdə qeyd olunan ünvana gedir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru