6 aydır itkin düşən qadın tapıldı

17-03-2016, 13:30           
6 aydır itkin düşən qadın tapıldı
Altı ay öncə itkin düşən 1991-ci il təvəllüdlü Xumar Sadıqova tapılıb.

Bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat veriblər.

Tovuz rayonunda anadan olan gənc ana ötən ilin sentyabr ayından itkin düşüb. Polisin bu aylar ərzində axtarışları nəticə verməyib. Dünən X.Sadıqovanın yaxınları mediaya onun fotosunu göndərərək elan veriblər.
Onun qohumu Famil Xalıqov “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, X.Sadıqova 2015-ci ilin sentyabr ayında Xətai rayonunda yaşadığı mənzildən çıxıb gedib və bir daha geri qayıtmayıb: “Azyaşlı övladı İsmayıl anasının yolunu gözləyir”.

Xumar Sadıqovanın fotosu yayıldıqdan sonra onu görənlər polisə zəng edib məlumat veriblər. Famil Xalıqov deyib ki, qadın artıq evə gətirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru