7 aydır axtarılan qadın evdən niyə gedib? - TƏFƏRRÜAT

17-03-2016, 21:11           
7 aydır axtarılan qadın evdən niyə gedib? - TƏFƏRRÜAT
Paytaxtda 7 ay əvvəl itkin düşmüş və dünən tapılaraq ailəsinə təhvil verilmiş Xumar Sadıqovanın evdən getməsinin təfərrüatları məlum olub.

Bu barədə Publika.az-a ailənin tanışlarından biri bildirib ki, qadın sadəcə sərbəst yaşamaq üçün bu addımı atıb.

Qadın hazırda öz evində, ailəsinin yanındadır. Onun bu hərəkəti ailə üzvləri tərəfindən söz-söhbətlə qarşılanmayıb. Xumar Sadıqovanın psixoloji durumunda problemlər olub. O, tək yaşamağı qərara alaraq evdən gedib: “Ailəsi onu qəbul edib və Xumar indi evindədir. Onun psixoloji durumu hələ tam yerinə gəlməsə də, qadın doğmalarının yanındadır”.

Qadının psixoloji gərginlik keçirdiyini deyən ailənin tanışlarınan biri onun 7 ay sərbəst yaşadığını bildirib. Xumar bu müddət ərzində işləyib. Lakin tanışları onun harada işlədiyini, kimin evində qaldığını açıqlamayıblar.

Qeyd edək ki, sentyabrda itkin düşmüş 1991-ci il təvəllüdlü Xumar Sadıqova ötən gecə paytaxt ərazisində tapılaraq ailəsinə təhvil verilib. Qadının tapılmasında ötən gün onun itkin düşməsi barədə xəbər saytlarında və sosial şəbəkələrdə verilmiş elan xüsusi rol oynayıb. Bu elanı görən X.Sadıqovanı tanıyanlar dərhal polisə zəng edərək onun yerini deyiblər.

Evdən gedərkən heç bir sənəd götürməyən qadın 7 yaşlı oğlunu da aparmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.