DEPUTATIN ADI NARKOTİK ALVERİNDƏ HALLANIR – ŞOK

17-03-2016, 23:36           
DEPUTATIN ADI NARKOTİK ALVERİNDƏ HALLANIR – ŞOK
Nəriman Əliyev nəyə görə məhz İranla biznes əlaqəsi yaradıb?

Deputat Nəriman Əliyevin adı mütəmadi olaraq xoşagəlməz işlərdə hallandırılır. Biznes fəaliyyəti ilə məşğul olması, həbsdə olan general Akif Çovdarovla işbirliyinin olması və daha nələr. Aparılan qısa araşdırmalar göstərir ki, bu şəxs əslində Milli Məclisdə oturmağa layiq deyil. Ona görə ki, deputat aktiv şəkildə biznes fəaliyyəti ilə məşğuldur və həbs olunan keçmiş MTN əməkdaşları ilə çox yaxın əlaqələrə malikdir. Məlumatlara görə, ölkəyə İran İslam Respublikasından idxal olunan xurma və kişmişlə yanaşı düyü məhsulu da Nəriman Əliyevin vasitəsi ilə gətirilir: «Vaxtilə bu biznesdə deputat İrandan olan şəriki ilə çalışıb. Lakin günlərin birində şəriki ilə birlikdə deputat həbs edilib. Onlar dəbdəbəli ofislərdən başlarında qara maska ilə çıxarılıb. Deyilənə görə, onların vasitəsilə Azərbaycana gətirilən düyülərin içindən narkotik maddələr aşkarlanıb. Bu narkotiki düyü kisələrinin içinə deputat ortağının qoyduğunu bildirsə də, buna inanan olmayıb. Külli miqdarda pulun müqabilində deputatın ortağı azad olunub və İrana keçəndən sonra orada müəmmalı şəkildə dünyasını dəyişib. Şəriksiz qalan deputat bir müddət biznesindən də əlini üzüb. Deyilənə görə, sonradan Nəriman Əliyev Akif Çovdarova xod tapıb və onunla yaxınlaşıb. Nəticədə generala hər ay haqq vermək şərtilə biznesini davam etdirib». Nəzərinizə çatdırmaq istəyirik ki, deputatın İranla biznes əlaqəsi yaratması səbəbsiz deyil. Onun nəyə görə İranla ticarət əlaqəsi qurmasının təfərrüatlarını növbəti yazımızda oxuya biləcəksiniz. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.
\ gündəlikbakı\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.