Ağdaş sakini özünü atasının qəbri üstündə güllələdi

18-03-2016, 11:59           
Ağdaş sakini özünü atasının qəbri üstündə güllələdi
Ağdaş rayonunda intihar hadisəsi baş verib.

"Report"un xəbərinə görə, rayonun Cüvə kənd sakini 1974-cü il Teymur Soltan oğlu Muradov axşam saatlarında evdən çıxıb, lakin geri qayıtmayıb.
Ailə üzvləri T. Muradovun geri qayıtmadığını görərək, onu kənd ərazisində axtarıblar. Daha sonra rayon hüquq-mühafizə orqanlarına məlumat verilib.
Axtarışlar zamanı onun meyiti atasının qəbri üstündə tapılıb.
İlkin məlumata görə, T.Muradov özünə məxsus təklüləli ov tüfəngi ilə atəş açaraq özünü öldürüb.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.
T.Muradov ailəlidir, iki övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru