Bu gün Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində güclü sel axınları baş verib. Verilən məlumata görə, güclü selin yaranmasına səbəb dağlarda əriyən qarlar və yağan yağışlar olub. Yerli sakinlər onu da bildiriblər ki, bu ərazidə qəsəbə salındığı gündən bəri, bu cür sel olmayıb.