Putinin mühafizəçisi başından vurulmuş vəziyyətdə tapılıb

23-06-2022, 08:28           
Putinin mühafizəçisi başından vurulmuş vəziyyətdə tapılıb
Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi, Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır.

Məlumata görə, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində tapılıb. Onun yanında "İzh 79-9TM" markalı travmatik tapança da olub.

Bildirilir ki, Zimin Kremldə təkcə Vladimir Putinin deyil, Boris Yeltsinin dövründə də işləyib.

Rusiya mətbuatı xəbər verir ki, Zimin gömrük xidmətində işə başlayandan sonra rüşvət ittihamı ilə açılan cinayət işinin istintaqı çərçivəsində ev dustaqlığında olub. Onu həbs cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru