Buryatiyada elektrik stansiyası yanıb

24-06-2022, 09:53           
Buryatiyada elektrik stansiyası yanıb
Rusiyada, “Qusinoozyorski” QRES-də baş vermiş qəza nəticəsində Ulan-Ude (Buryatiyanın paytaxtı) və qonşu Baykalyanı rayonların əhəmiyyətli hissəsi işıqsız qalıb.

Bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Elektrik şəbəkəsində yaranmış qəzalı vəziyyətlə əlaqədar əsas suqəbuledici və digər su təchizatı qurğularının işi dayandırılıb.

Elektrik qurğularının, uşaq bağçalarının, qazanxanaların, mərkəzi istilik məntəqələrinin və gücləndirici nasos stansiyalarının da kütləvi şəkildə dayanması qeydə alınıb.

Ümumilikdə respublikanın bir sıra bələdiyyə rayonlarında problemlər yaranıb. Eyni səbəbdən qonşu Baykalyanı bölgədə də işıqların kəsilməsi qeydə alınıb.

Buryatiyadan olanların çoxu Ukrayna ərazisində döyüşür. Qəzanın təsadüfən olduğu, yaxud qəsdən törədildiyi hələlik məlum deyil.

Mənbə: İnterfaks












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru