Rusiyada növbəti dəfə hərbi xidmətə çağırış məntəqəsinə hücum edildi - FOTO

24-06-2022, 11:58           
Rusiyada növbəti dəfə hərbi xidmətə çağırış məntəqəsinə hücum edildi - FOTO
Rusiyanın Belqorod şəhərində hərbi xidmətə çağırış məntəqəsinə “Molotov kokteyli” ilə hücum edilib.

Nəticədə çağırış məntəqəsində olan masa yanıb.

Hücum yerli vaxtla gecə saat 03 radələrində baş verib. Hadisə yerinə yanğınsöndürənlər çağırılıblar. Alovun qarşısı qısa müddət ərzində alınıb.

Qeyd edək ki, Rusiya Ukraynada hərbi əməliyyatlara başlayandan sonra bu ölkədə mütəmadi olaraq hərbi xidmətə çağırış məntəqələrinə hücumlar təşkil edilir.

Mənbə: Baza “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru