Amerikalı qadın iki cüt əkiz uşaq dünyaya gətirdi 25-06-2022, 10:44 Massaçusets sakini Eşli Ness iki cüt əkiz körpə dünyaya gətirib.Qadın iki oğlan və iki qız doğub.Həkimlərin sözlərinə görə, dörd əkiz uşaq dünyaya gətirmə ehtimalı 70 milyonda 1-ə bərabərdir.Qadın bildirib ki, bundan sonra genişlənən ailəsinin rahat həyatının təmin edilməsinin qayğısına qalmalıdır.“Mənə sərnişin mikroavtobusu lazımdır. Evi böyütməliyəm. İndi işim həddən artıq çoxdur”, - deyə körpələrin anası bildirib.Qeyd edək ki, əkizlərdən başqa Nessin 7 - 24 yaş arasında daha dörd uşağı var.Mənbə: gazeta.ru Facebook-da paylaş