İranda güclü zəlzələ olub, ölən və yaralananlar var
26-06-2022, 08:17
İranda 5,6 bal gücündə zəlzələ olub. Dərinliyi 22 kilometr olan yeraltı təkanlar Hörmüzqan əyalətinin Çərək limanı və Kiş adası yaxınlığında qeydə alınıb.
Zəlzələ nəticəsində 1 nəfər ölüb, 30 nəfər yaralanıb.
Kiş adası xəstəxanasının baş həkimi Mostafa Nadealinejad bildirib ki, yaralılardan 4-ü yıxılaraq xəsarət alıb, üçüncü mərtəbədən yıxılan bir nəfərin beyin silkələnməsi var. (Mənbə: Fars)