CAR-da gecə klubunda 22 nəfər ölü tapılıb

27-06-2022, 12:04           
CAR-da gecə klubunda 22 nəfər ölü tapılıb
Bazar günü Cənubi Afrikanın Şərqi London şəhərindəki gecə klubunda 22 nəfərin meyiti tapılıb.

Onların ölüm səbəbi dəqiqləşdirilməyib.

Daha 30 nəfərin itkin düşdüyü bildirilib.

Gecə klubunun yerləşdiyi məhəllə polis tərəfindən mühasirəyə alınıb.

Yaxın vaxtlarda ölənlərin cəsədlərinin yarılacağı, yalnız bundan sonra onların ölüm səbəbinin dəqiq müəyyən olunacağı qeyd edilib.

İlkin ehtimallara görə, ölənlər gecə klubundakı izdihamın və sıxlığın qurbanı olub.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru