Su anbarına yıxılan qızı iki saat qollarında saxladı - VİDEO

29-06-2022, 10:24           
Su anbarına yıxılan qızı iki saat qollarında saxladı - VİDEO
Xilasedici su anbarına yıxılan 15 yaşlı qızı iki saatdan çox qollarında saxlayıb.

Hadisə Rusiyanın Krasnoyarsk şəhərində qeydə alınıb.

RF Fövqəladə Hallar Nazirliyinin regional qərargahından bildirilib ki, yeniyetmə gəzərkən Minusinsk rayonunda bəndin su anbarına düşüb və güclü axın onu şlüzə tərəf aparıb.

Qurumdan vurğulanıb ki, xilasedicilərdən biri iki saatdan çox yeniyetməni qollarında tutub.


“Rusiya Fövqəladə Hallar Nazirliyinin 11 saylı yanğın-xilasetmə hissəsinin ayrıca postunun komandiri Maksim Tarasyuk yardım göstərmək üçün şlüzün altına dalmaq qərarına gəlib. Xilasedici iki saatdan artıq müddətdə nəinki yeniyetməni saxlayıb, həm də qıza psixoloji dəstək verib”, - deyə qurumdan bildirilib.

Xilasedici isə özü üçün heç qorxmadığını, amma qız üçün narahat olduğunu deyib:

“Çünki axın güclü idi və özüm güclə dayanmışdım... O, panikaya düşə bilərdi, bütün şlüzdən keçə bilməsinə isə nəfəsi çatmazdı”, - deyə Tarasyuk əlavə edib.

Regional FHN-dən bildirilib ki, yeniyetmə hadisədən xəsarət almadan xilas edilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru