Silahlı şəxslər banka hücum etdilər: Çox sayda polis yaralandı - FOTO

29-06-2022, 10:18           
Silahlı şəxslər banka hücum etdilər:
Kanadanın Saaniç şəhərində (Britaniya Kolumbiyası) bankda atışma zamanı altı polis əməkdaşı yaralanıb.

Yerli polisin məlumatına görə, iki silahlı şəxs banka daxil olaraq polisə atəş açıb. Atışma zamanı hər iki hücumçu yerindəcə keçinib, hüquq-mühafizə orqanlarının altı nümayəndəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin məlumata görə, bankın əməkdaşlarından və ziyarətçilərdən heç kim xəsarət almayıb.

Polis hücumda rolu dəqiqləşdirilməyən atışmada digər mümkün iştirakçının axtarışını davam etdirir.

Partlayıcı qurğunun olması ehtimalı səbəbindən yaxınlıqdakı evlər və iş yerləri boşaldılıb.

Mənbə: TASS















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru