Rusiyada “Mi-8” helikopteri qəzaya uğradı

30-06-2022, 08:43           
Rusiyada “Mi-8” helikopteri qəzaya uğradı
Yakutiyada “Mi-8” helikopteri qəzaya uğrayıb. Musavat.com "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə RF Vahid Növbətçi Dispetçer Xidməti məlumat yayıb.

Məlumata görə, “Mi-8” helikopteri Ust-Mayski qəsəbəsindən uçub, lakin təyinat yerinə çatmayıb. Helikopter texniki səbəblərdən Aldan rayonunda təcili eniş etməyə cəhd edib, ancaq yerə çırpılıb.
Ətraflı

Göyərtədə üç heyət üzvü və iki texnik olub. Onlardan biri sınıq xəsarəti alıb, ölən yoxdur.

Xatırladaq ki, bir həftə əvvəl Yakutiyada 24 saat ərzində iki təyyarə radarlardan itmişdi. Sonradan “An-30” təyyarəsinin sərt eniş etdiyi məlum oldu. Digər təyyarə “An-2”dən isə hələ də məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru