ABŞ-ın Texas ştatında ölən miqrantların sayı 53-ə çatdı

30-06-2022, 08:58           
ABŞ-ın Texas ştatında ölən miqrantların sayı 53-ə çatdı
ABŞ-ın Texas ştatında yük avtomobilində aşkar edilmiş miqrantlar arasında ölənlərin sayı 53-ə çatıb.

Teleqraf.com xəbər verir ki, miqrantların olduğu yük avtomobili 2 gün əvvəl aşkar edilib. Polis avtomobildə 49 nəfərin cəsədini tapmışdı. Qalan 11 nəfər isə xəstəxanaya yerləşdirilib.

Ölən 53 nəfərdən 27-i Meksika, 14-ü Honduras, 7-si Qvatemala vətəndaşıdır. Digərlərinin şəxsiyyəti müəyyən edilir. Həkimlərin rəyinə görə, avtomobildəkilər susuzluqdan həlak olub.

Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb. Onun narkotik vasitənin təsiri alrında avtomobili idarə etdiyi bildirilir. 53 nəfərin ölümündə təqsiri sübuta yetirilərsə onu ölüm cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru