Ukraynanın işğal altındakı şəhərindən taxılla dolu ilk gəmi yola düşüb

30-06-2022, 11:28           
Ukraynanın işğal altındakı şəhərindən taxılla dolu ilk gəmi yola düşüb
Ukraynanın Rusiya qüvvələrinin işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi yola düşüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya qüvvələrinin təyin etdiyi vilayət administrasiyasının rəhbəri Yevgeni Balitski bildirib.

Onun sözlərinə görə, gəmi 7 min ton taxıl daşıyır. Y.Balitski kollaborant gəminin istiqaməti barədə məlumat verməsə də, onun “dost ölkələrə” yollandığını vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynanın şərq və cənub bölgələrini işğal etməsindən sonra oradakı taxıl məhsulları rusiyalıların əlinə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru