Vüqar Səfərli Səbinə Kətanovaya qarşı dələduzluq etdi - TƏFƏRRÜAT

1-07-2022, 09:42           
Vüqar Səfərli Səbinə Kətanovaya qarşı dələduzluq etdi - TƏFƏRRÜAT
Sosial şəbəkə fenomeni Səbinə Kətanovaya qarşı dələduzluq edilib.

Teref.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, o, Səfərli Vüqar Hakim oğlu tərəfindən külli miqdarda dələduzluğa məruz qalıb.

Vüqar Səfərli Səbinə Kətanova ilə yanaşı daha 16 nəfəri aldadaraq onlara külli miqdarda ziyan vurub.

Zərərçəkmişlərin 8-i qadın, 9-u isə kişidir

Vətəndaşlara dələduzluq yolu ilə külli miqdarda ziyan vurmaqda təqsirləndirilən Vüqar Səfərlinin cinayət işi üzrə ibtidai istintaq artıq yekunlaşıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: Vüqar Səfərlinin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırlatma: Sosial şəbəkə fenomeni Dəbinə Kətanova 2020-ci ilin mayında 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı müzakirələrə səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru