Qəzaya uğrayan təyyarədəydi: 10 gün sonra sağ tapıldı

1-07-2022, 16:47           
Qəzaya uğrayan təyyarədəydi: 10 gün sonra sağ tapıldı
On günlük axtarışlardan sonra “An-2” təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan sərnişin tapılıb.

Lent.az-ın Rusiya KİV-ə istinadla xəbərinə görə, sağ qalan sərnişin 36 yaşlı Pavel Krivoşapkindir. Onu həkimlərin müayinə etdiyi və ciddi xəsarətinin olmadığı bildirilir. Krivoşapkinin xilasedicilərin yanına təkbaşına getdiyi də deyilir.

Qeyd edək ki, iyunun 21-də Yakutiyada göyərtəsində üç nəfərin olduğu “An-2” təyyarəsi itkin düşüb. Təyyarə Us Xatın - Şaquli - Us Xatın marşrutu üzrə hərəkət edib.

Təyyarənin qalıqları iyulun 1-də Kobyaiski vilayətində dağın yamacında tapılıb. “An-2” təyyarəsinin qəzaya uğradığı yerdə iki ölü cəsədi də aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru