Rusiya Ukraynanın İlan adasına fosfor bombaları atıb - VİDEO

2-07-2022, 08:06           
Rusiya Ukraynanın İlan adasına fosfor bombaları atıb - VİDEO
Rusiyaya məxsus iki “Su-30” döyüş təyyarəsi Ukraynanın İlan adasını qadağan olunmuş fosfor bombaları atıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı məlumat deyib.

“Rusiya ordusunun rəhbərliyi “xoşməram jesti” kimi açıqladıqları öz bəyanatlarına belə əməl etmir. Bu gün saat 18:00 ( Bakı vaxtı ilə 20:00) radələrində Bilbek aerodromundan Rusiya Silahlı Qüvvələrinə məxsus bir cüt Su-30 qırıcı təyyarəsi İlan adasına iki dəfə fosfor bombaları ilə hava zərbəsi endirib”-deyə, o bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vurğulayıb ki, bu faktlar Rusiya ilə müqavilələrdən danışan hər kəsə məlum olmalıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru