Moskvada ermənilər arasında atışmanın videosu yayılıb.
Teref.az erməni mediasına istinadla xəbər verir ki, mübahisə 17 iyun tarixində baş verib. Belə ki, Böyük Qarakilsədən olan 44 yaşlı Vardan P ilə Gümrü sakini arasında kafelərdən birində dava olub. Nəticədə Gümrü sakini olan erməni öz həmyerlisini tapançadan açdığı atəşlə qətlə yetirib və hadisə yerindən qaçıb. Rusiya hüquq-mühafizə orqanları qətli törədəni axtarır. axar.az