Proqramist dərhal yaxalandı - Teleaparıcı polisə təşəkkür etdi

2-07-2022, 18:45           
Proqramist dərhal yaxalandı -
“Bir ay olar ki, mənim və 10-a yaxın vətəndaşın Tik-Tok hesabına proqramist adı ilə daxil olan şəxs külli miqdarda pulumuzu mənimsəyib”.

Bizimxeber.az xəbər verir ki, bu barədə teleaparıcı Vüsalə Şahvəliqızı sosial şəbəkədə yazıb.

O bildirib ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib: “Şikayətimizi diqqətə alan Azərbaycan Polisi qısa zamanda operativ şəkildə həmin proqramisti saxladı. Mən öz adımdan və zərərçəkmiş insanların adından Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin şəxsi heyətinə və onların timsalında bütün Azərbaycan Polisinə təşəkkür edirəm”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru