Çində memorial konstruskiyanın aşması 8 nəfərin ölümünə səbəb olub
4-07-2022, 10:10
Çinin Hebey vilayətində 12 metr hündürlüyündə memorial konstruksiyanın aşması nəticəsində 8 nəfər ölüb, bir nəfər xəsarət alıb.
AZƏRTAC Şıciacuan şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, Taytou kəndində arka formalı memorial konstruksiya şiddətli yağış və güclü külək səbəbindən aşıb. Nəticədə 9 nəfər dağıntı alında qalıb. Hadisə yerinə gələn xilasedicilər bir nəfəri sağ çıxara biliblər.