Bakıda binanın lifti qırıldı: - Yaralılar var + VİDEO (Yenilənib)

5-07-2022, 07:58           
Bakıda binanın lifti qırıldı: -
Baş Prokurorluq Bakıda yaşayış binasının lifti qırılması ilə bağlı məlumat yayıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir.

Belə ki, iyulun 4-ü paytaxtın Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsi, ev 6 ünvanında yerləşən hündürmərtəbəli binanın liftində texniki nasazlıq səbəbindən əyləcin tutmamasına görə liftin qəflətən bir mərtəbədən sürətlə digər mərtəbəyə düşməsi nəticəsində 1974-cü il təvəllüdlü Zəhra Məmmədovanın ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi müəyyən edilib.

Hazırda faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

***
Bakının Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binalarından birinin lifti qırılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə İzzəddin Həsənoğlu 6 ünvanında baş verib. Nəticədə bir neçə nəfər xəsarət alıb. Əraziyə təcili yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Daxili işlər Nazirliyi faktı təsdiq edib. Bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru