Azərbaycanda 7 il əvvəl ölən adam "radara düşdü" - VİDEO

6-07-2022, 09:53           
Azərbaycanda 7 il əvvəl ölən adam "radara düşdü" - VİDEO
İsmayıllıda 7 il əvvəl ölmüş şəxsin adına cərimə protokolu göndərilib.

TEREF.AZ xəbər verir ki , vəfat etmiş şəxsin adına gələn elektron qərarda göstərilir ki, Canaliyev Əsgər Biniyət oğlu bu il iyunun 19-da Abşeron-Aşağı Güzdək yolunun 35-ci kilometrliyində avtomobillə radara düşüb və o, 50 manat məbləğində cərimələnib.

Mərhum Əsgər Canaliyevin oğlu Xəqani Canalıyev bildirib ki, bu hadisə onu çox narahat edib.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirib ki, həmin tarixdə Türkiyəyə məxsus yük avtomobili qayda pozuntusu törədib. İdarənin mərkəzi informasiya sistemində Türkiyəyə məxsus avtomobillərin qeydiyyatı mövcud olmadığından həmin elektron protokol eyni nömrədə olan nəqliyyat vasitəsinin sürücüsünün adına qeydiyyata alınıb. Sonradan bu texniki səhv aradan aldırılıb.Xəzər Xəbər













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru