Azərbaycanda 17 yaşlı yeniyetmədən dəhşətli əməl: Telefonu əlindən alındığı üçün özünü ÖLDÜRDÜ

6-07-2022, 11:45           
Azərbaycanda 17 yaşlı yeniyetmədən dəhşətli əməl:
Göyçay rayonunda intihar hadisəsi baş verib.

Teref.az APA-ya istinadən xəbər verir ki, rayonun Xəlitli kənd sakini, 2005-ci il təvəllüdlü Allahverdiyev Ayxan Fariz oğlu iyulun 5-də saat 23:00 radələrində yaşadığı evin həyətində özünü asıb.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onu xilas etmək mümkün olmayıb.

11-ci sinif şagirdi Ayxanın özünə qəsd etməsinin səbəbi məlum olub. Kənd sakinlərinin sözlərinə görə, Ayxan zəif gördüyü üçün gözlükdən istifadə edirdi. O, valideyni ilə Bakıya oftalmoloqun yanına gedib, həkim ona telefondan az istifadə etməyi tövsiyə edib.

Anası Ayxanın telefonunu əlindən alıb, onun gözlərinə ziyan olduğunu bildirib. Küsərək həyətə düşən oğlanın evin arxasında intihar etdiyi bildirilir.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru