Anadan DƏHŞƏTLİ ƏMƏL: 4 yaşlı qızına zəhər içirdib...

7-07-2022, 00:03           
Anadan DƏHŞƏTLİ ƏMƏL:
Rusiyanın Yaroslavl vilayətində məhkəmə dörd yaşlı qızını öldürməyə cəhddə təqsirləndirilən 26 yaşlı Rostov sakininin işinə baxacaq.

Teref.az bildirir ki, bu haqda Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2021-ci ilin oktyabrında Pervomayskaya küçəsində qadın qızını öldürmək qərarına gəlib, bunun üçün suya həşərat zəhəri əlavə edərək uşağa içirdib. Sonra ana qızın bundan ölmə ehtimalının az olduğunu düşünüb və onu üçüncü mərtəbədən atmaq qərarına gəlib.

Yoldan keçənlər qızı dərhal götürərək reanimasiyaya aparıblar və bunun sayəsində o, xilas edilib.

Təqsirləndirilən şəxs hazırda həbsdədir./Milli.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru