Pakistanda təbii fəlakət zamanı ölənlərin sayı 77-yə çatıb

7-07-2022, 10:54           
Pakistanda təbii fəlakət zamanı ölənlərin sayı 77-yə çatıb
Pakistanda daşqınlara səbəb olan musson yağışları nəticəsində yaranan təbii fəlakət zamanı ölənlərin sayı 77-yə yüksəlib.

Ən çox itki verən əyalət 39 ölüm faktının qeydə alındığı Bəlucistan olub. Pakistanın iqlim dəyişikliyi naziri Şerri Rəhman verdiyi açıqlamada ölkədə yüzlərlə evin dağıldığını bildirib və baş verənləri milli faciə kimi qiymətləndirib. Pakistan Meteorologiya İdarəsi ölkə daxilində leysan yağışların iyulun 8-dək davam edəcəyini açıqlayıb.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru