Yaponiyanın sabiq baş naziri Sindzo Abe çıxışı zamanı naməlum şəxs tərəfindən silahlı hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə NHK agentliyi məlumat yayıb.
Hadisə yerində azı iki atəş səsi eşidilib.
S.Abe huşsuz vəziyyətdə xəstəxanaya qaldırılıb.
68 yaşlı siyasətçiyə hücum edən şəxs saxlanılıb.
Qeyd edək ki, Sindzo Abe 2006-2007-ci illərdə və 2012-2020-ci illərdə baş nazir vəzifəsində çalışıb. O, ölkə tarixinin ən uzunmüddətli baş naziri olub.