Xersonda Ukrayna ordusu "Alliqator" hücumunu dəf etdi...- Rusiya hərbçiləri qaçdı!..
8-07-2022, 10:28
"Xerson vilayətində ruslar "Ka-52"("Alliqator") hücum helikopteri ilə mövqelərimizə hücum etməyə cəhd etsə də, Ukrayna Silahlı Qüvvələri onları dəf edib".
Moderator.az yerli meidaya istinadla xəbər verir ki, bu haqda "Cənub" əməliyyat komandanlığı məlumat yayıb.
Təfərrüatlar:
"Ukrayna ordusu itki verməyib, ruslar isə cavab atəşindən yayınaraq heç bir uğur qazanmadan qaçıblar".
Bundan əlavə, qeyd edilir ki, Qara dəniz üzərində hava qarşıdurması zamanı düşmənin "Su-35" qırıcısı Ukraynanın bir cüt hücum təyyarəsinə qarşı idarə olunan “hava-hava” tipli raketlərdən istifadə edib. “Cənub” ƏK-dan bildirilib ki, “bizim üçün itki olmayıb, düşmən üçün isə uğur...”.
Həmçinin axşam saatlarında Rusiya ordusu ağır lüləli artilleriyadan Nikolayev vilayətinin Qalitsinovo şəhərinin ətrafını atəşə tutub. İnsan itkisi yoxdur.