Bakıda məşhur yaşayış kompleksi yanğın baş verib - Sakinlər təxliyə olunub + VİDEO (Yenilənib)

10-07-2022, 08:15           
Bakıda məşhur yaşayış kompleksi yanğın baş verib -
Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən “Mirvari Park” yaşayış kompleksində yanğın baş verib.

Yanğın binalardan birinin şaxtasında baş verib. İlkin versiyaya görə, yanğına səbəb kabeldən çıxan tüstü olub.

Hadisə yerində yanğınsöndürmə briqadaları və təcili yardım maşınları işləyib. Hazırda bina sakinləri təxliyə edilib.

Həyata keçirilən çevik və operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

****

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarından birində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasından keçən elektrik kabelləri yanıb. Həyata keçirilən çevik və operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru