Qırğızıstanda qar uçqunu anbaan lentə alındı - Video

11-07-2022, 08:17           
Qırğızıstanda qar uçqunu anbaan lentə alındı - Video
Qırğızıstanda qar uçqunu təbiət hadisəsini lentə alan britaniyalı turistin üstündən keçib.

KONKRET.az AKİpress-ə istinadla xəbər verir ki, videonun müəllifi britaniyalı Harri Şimmindir. O, digər səkkiz Britaniya vətəndaşı, bir ABŞ vətəndaşı və bir yerli müşayiətçi Cuuku aşırımında turda idi.

Turistlər buzlağın dağlardan enməsini lentə alıblar. Çökmənin ərimə nəticəsində baş verdiyi qeyd edilir.

Respublika Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gediblər.

“Uçurumun kənarında şəkil çəkdirərkən arxamdakı buzların çatlamasının küt səslərini eşitdim. Video çəkməyə buradan başlayıram. Bir neçə dəqiqə idi ki, orada olduğum üçün bilirdim ki, yanımda gizlənə biləcəyim bir yer var. Mən uçurumun kənarında idim, ona görə də qaçmağın yeganə yolu uçquna doğru və ya oradan uzaqlaşmaq idi. Ona görə də yerimdən tərpənmədim. Bəli, mən videonu son saniyəyə qədər çəkdim və bilirəm ki, dərhal gizlənmək daha təhlükəsiz olardı”, – deyə Şimmin bildirib.

Qar uçqunu Şimmini bürüyəndə nəfəs alması çətinləşsə də, sonda turist sağ qalıb. O, qrupun digər üzvlərinin də ciddi xəsarət almadığını bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru