Xarkovda Rusiyanın vurduğu çoxmərtəbəli binanın ilk görüntüləri ortaya çıxdı - VİDEO
11-07-2022, 11:08
Xarkovun mərkəzində Rusiya raketi tərəfindən dağıdılan çoxmərtəbəli binanın ilk foto və videoları ortaya çıxıb.
Yerli “Telegram” kanalları bir blokun və 6-cı mərtəbədən 1-ci mərtəbəyə qədər olan mənzillərin dağıldığı barədə xəbər verir. Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.