Ermənistanda zələzələ oldu 11-07-2022, 10:16 Ermənistanda səhər saatlarında zəlzələ baş verib.Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Məlumatda bildirilib ki, iyulun 11-də yerli vaxtla saat 07:36-da (GMT 03:36) Bavra kəndindən 14 kilometr şərqdə 4,4 bal gücündə zəlzələ baş verib.Mənbə 10 km dərinlikdə yerləşib, yeraltı təkanın gücü 6 bal olub.Zəlzələ Şirak və Lori bölgələrində 5 bal, Araqatsotn bölgəsində 4 bal, həmçinin İrəvanda 2-3 bal gücündə hiss olunub. Facebook-da paylaş