Afiyyədin Cəlilovun oğluna “stop” qoyula bilər - SƏBƏB
11-07-2022, 17:50
1992-1994-cü illərdə Azərbaycan Ali Sovetinin sədr müavini olmuş mərhum Afiyyədin Cəlilovun oğlu Nihad Cəlilov məhkəməyə verilib.
TEREF xəbər verir ki, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsidir. İşin mahiyyəti isə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraatla bağlıdır. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır.
Xatırladaq ki, Afiyyədin Cəlilov 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib.Qaynarinfo