Bakının mərkəzində partlayış baş verib – VİDEO (Yenilənib)

12-07-2022, 08:24           
Bakının mərkəzində partlayış baş verib – VİDEO (Yenilənib)
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Bu barədə FHN-ə istinadən xəbər verir.

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.
Ətraflı

***

Paytaxtın Nizami küçəsində partlayış baş verib. Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə video şəklində paylaşılıb. Baş verən partlayışın səbəbi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru