Ermənistanda 5 bal gücündə zəlzələ baş verdi - VİDEO
12-07-2022, 11:34
Ermənistanda güclü yeraltı təkanlar hiss olunub.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Hallar Xidməti yayıb.
Məlumata görə, bu gün yerli vaxtla səhər saat 07:36-da ölkənin Gürcüstanla sərhəd olan yaşayış məntəqələrində dərinliyi 10 kilometrə çatan yeraltı titrəyişlər hiss olunub. 4,4 balla müşahidə olunan zəlzələ bir neçə saniyə davam edib. Təkanların mərkəzində zəlzələ 6 bal civarında baş verib.
Yeraltı təkanlar eləcə də Şirak və Lori vilayətlərində 5 bal gücündə hiss edilib. Araqaçotn vilayətində 4 bal, İrəvanda isə 2-3 bal zəlzələ olub. Dağıntı və tələfat barəsində heç bir məlumat verilmir.
Qeyd edək ki, zəlzələnin episentri Gürcüstanın Dmanisi rayonu yaxınlığında, Sameba kəndində olub. Bu barədə ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən bildirilib. Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 07:36-da qeydə alınıb.